Almaniyada koronavirusdan ölüm sayında rekord yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu ölkədə son 24 saatda koronavirusdan daha 1 244 nəfərin ölməsi ilə ümumi ölüm sayı 43 881 nəfərə çatıb. Pandmiya başlayandan bəri sutkalıq ən yüksək ölüm yaşanıb.

Son sutkada koronavirusa yoluxanların sayı isə 25 164 nəfər təşkil edib. Bununla da Almaniyada ümumi yoluxma sayı 1 978 590 nəfərə çatıb. Almaniyada indiyə qədər 750 000 nəfər koronavirus əleyhinə vaksinasiya prosesindən keçib.