Rusiyada son bir gündə daha 24 763 nəfərə COVID-19 diaqnozu qoyulub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 495 816 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 570 nəfər artaraq 63 940-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 882 044 nəfər sağalıb.