"Pakistan-Türkiyə münasibətlərinə qibtə edirlər".

Unikal.org xəbər verir ki, bu fikirləri "Anadolu" agentliyinə müsahibə verən Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Mücahid Ənvər Xan bildirib. Pakistan və Türkiyə arasında bütün sferalarda, o cümlədən hərbi sahədə yüksək əməkdaşlıq münasibətləri xüsusi vurğulanıb.

"Türkiyə bizim ikinci evimizdir. Türkiyə və Pakistan yaxınlığının müqayisə ediləcək başqa örnəyi yoxdur. Dünya ölkələri Pakistan-Türkiyə münasibətlərinə qibtə edirlər", - deyə hərbçi bəyan edib.