Suriyalı qaçqınlar Avropa nümayəndələrini İdlib şəhərinə dəvət ediblər.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Əsəd rejiminin hücumundan qaçıb buraya sığınan suriyalılar Avropa Birliyinin təmsilçilərini bölgəyə dəvət ediblər.

"Buradan Avropa Birliyi nümayəndələrinə səslənirik. Elə AB Komissiyasının təmsilçisi Ursula Vonder Leyenə. Gəlsinlər və acınacaqlı durumumuzu görsünlər. Allah heç kimə çadır həyatı yaşatmasın. Palçığın içində və soyuqda qalmışdıq. Gəlsinlər və bizi görsünlər", - deyə qaçqınlardan biri söyləyib.