Nazirlər Kabinetinin yanlış qərarı büdcədən nə qədər "yeyəcək"
Nazirlər Kabinetinin yanlış qərarı büdcədən nə qədər "yeyəcək"

Qeyri iş günlərinin rekord həddə çoxluğu nəticəsində milyonlarla manat itirəcəyik

Məlum olduğu kimi Nazirlər Kabinetinin 2013-cü ilin qeyri-iş günləri ilə bağlı verdiyi qərar ekspertlər tərəfindən ciddi şəkildə tənqid olunmaqdadır.
Məlumat üçün bildirək ki, bu il ərzində 124 gün qeyri iş günü hesab olunur ki, bu da həddən artıq çoxdur. Elə bu amili nəzərə alan ekspertlər Nazirlər Kabinetinin məlum qərarını "top-tüfənglə" qarşılayıblar. Bununla bağlı ötən gün mətbuata açıqlama verən iqtisadçı Vüqar Bayramlı məlum qərarın ölkə iqtisadiyyatına mənfi təsir göstərəcəyini iddia edib.
"2013-cü ildə 124 günün qeyri-iş günü olması ölkə iqtisadiyyatına milyonlarla manat ziyan vuracaq". Bunu açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramlı bildirib. Onun sözlərinə görə, Azərbaycan dünyada qeyri-iş günləri ilə yanaşı, bayramların sayına görə da ilk sıralarda dayanır: "Çox az ölkədə Azərbaycanda olduğu qədər bayram və qeyri-iş günü olur. Əlbəttə ki, insanların istirahəti baxımından bu yaxşıdır, ancaq mənfi tərəfləri də var".
V.Bayramlınını fikrincə, qeyri-iş günləri məhsul və xidmətlərin azalması ilə yanaşı, insanlara psixoloji təsir gəstərərək tənbəlləşməyə də gətirib çıxarır: "Doğrudur, həmin günləri dəyərlə ifadə etmək çətindir. Hər gün üçün potensial itkilər hesablanmalıdır. Konkret rəqəm söyləmək çətin olsa da, qiymətləndirmə göstərir ki, qeyri-iş günlərinin sayının çox olması ölkə iqtisadiyyatına milyonlarla manat ziyan vuracaq".
Göründüyü kimi, Nazirlər Kabinetinin bu yanlış qərarı ölkəmizin dövlət büdcəsindən milyonlarla manatı yeyəcək.

Natiq Rəhimov