"Niva" istehsalçıları 2024-cü ildən yeni modelin istehsalına başlanacağını anons ediblər.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, artıq yeni modelin layihəsi tam hazırdır. Ənənəvi "Niva"lardan tamamilə fərqlənəcək yeni modelin iki növü olacaq. Hər iki növ tam müasir dünya standartlarına cavab verəcək.

Yeni model "Niva Vision" adlanacaq. Artıq sifarişlərin olduğu deyilir. Bu modelin rəqabətədavamlı model olaraq uğurlu satış göstəricilərinə nail olacağı proqnozlaşdırılır.