Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova ABŞ prezidenti Donald Trampın sosial şəbəkə hesablarının bağlanmasına münasibət bildirib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Zaxarova bu addımları tənqid edib.

"Trampın hesabının bağlanması Qərbin elan etdiyi demokratik dəyərlərə zərbədir. Bu kimi addımlar kibersferada nüvə partlaması kimi müqayisə edilə bilər", - deyə Mariya Zaxarova bəyan edib.