Çin mütəxəssisləri sürəti saatda 620 kilometrə çatan maqlev qatarının prototipini və onun sınaq dəmir yolu xəttini inşa ediblər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu, dünyada yüksək temperaturlu superkeçirici maqnit yastıq üzərində hərəkət edən sürətli qatar prototipidir. Qatar və onun sınaq dəmir yolu Siçuan vilayətinin paytaxtı olan Çendu şəhərində hazırlanıb.