Yəmən rəsmiləri ABŞ-ın Husiləri terror təşkilatı elan etməsinə münasibət bildirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən Xarici İşlər Nazirliyi qərardan məmnunluğunu ifadə edib.

"Husilər insanları incidir. Jurnalistləri həbs edir və işgəncə verir. Mədəniyyət abidələrini dağıdır. Şəhərləri blokadada saxlayır. Əsas kommunikasiya xətlərini bağlayır. Əhaliyə əziyyət verir. Bu qərardan çox məmnunuq. Həm də xalq ABŞ-ın Husiləri terrorçu elan etməsini dəstəkləyir. Bu addım xalqın tələbləri ilə üst-üstə düşür", - deyə bildirilib.