Suriya müxalifətini təmsli edən Suriya Milli Ordusu Əsəd rejiminin İdlibin cənub xəttinə hücumunun qarşısını aldığını bəyan edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada Əsədə sadiq qüvvələrlə yanaşı, Rusiyanın özəl qruplarının da hücumda iştirak etdiyi bildirilib.

Qeyd olunub ki, hücum edən qüvvələr böyük itki verərək geri çəkilməli olublar.