Rusiyada taksi xidmətinin qiymətində kəskin bahalaşma müşahidə olunub.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bəzi hallarda qiymət artımı 50-70 faiz arasında dəyişir. Qiymət artımı daha çox Moskva, Sankt-Peterburq, Samara, Ufa, Voronej kimi böyük şəhərlərdə müşahidə olunub.

İqtisadçılar bunun obyektiv səbəblərdən baş verdiyini bildirsə də, taksi xidmətindən yararlanan vətəndaşlar narazılıqlarını dilə gətirir. Taksi fəaliyyəti ilə məşğul olan sürücülər də müştərilərin azaldığından şikayətlənirlər.