"Qırmızı bülleten"lə axtarışda olan İŞİD terrorçusu Türkiyədə tapılıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan terrorçu Türkiyə-Suriya sərhədində saxlanılıb. O, Özbəkistan vətəndaşıdır və milliyyətcə özbəkdir.

Terrorçu İŞİD-in tərkibində bir sıra terror əməliyyatlarında aktiv iştirak edib. Hazırda Kilis şəhərində polis nəzarətində olan terrorçu haqqında araşdırmalar davam etdirilir.