Amerikalı aktyor Piter Mark Riçman vəfat edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 94 yaşlı sənətçi Vudlend-Hillzdəki evində dünyasını dəyişib.

Piter tamaşaçılara məşhur "Santa-Barbara" serialındakı Sisi obrazı ilə tanışdır. O, Sisi Kepvell rolunun ilk ifaçısı olub, 33-cü seriyada ekran işindən ayrılıb. Həmin obrazı aktyorlar Pol Berk və Çarlz Beytman canlandırıblar. Riçman eyni zamanda "Qara orxideya", "Qorxunun qoxusu" kimi filmlərdə, "Dinastiya", "Beverli-Hillz 90210", "Ulduz yolu" seriallarında rol alıb.