“Barselona” klubunun yeni prezidenti yanvarın 24-də müəyyənləşməyəcək.

Unikal.org xəbər verir ki, buna səbəb ölkədə koronavirusla bağlı yaranan vəziyyətdir.

Kataloniyalılar koronavirus əleyhinə məhdudiyyətlər səbəbindən potensial seçicilərin əhəmiyyətli bir hissəsinin seçkilərdə iştirak edə bilməyəcəyini kluba çatdırıb. Rəhbərlik poçt vasitəsilə səs vermək üçün icazə istəyib. Ancaq regional səlahiyyətlilər razılaşsalar belə, bu tədbir üçün bir neçə gün vaxt tələb olunacaq. Bu səbəbdən seçkilərin təxirə salınması gözlənilir.

Qeyd edək ki, “Barselona”da prezidentliyə namizədlərin seçki kampaniyaları bu gün başlayıb. Bu posta 3 nəfər – Joan Laporta, Viktor Font və Toni Freyşa iddia edir.