Azərbaycanda koronavirusla bağlı aparılan hərtərəfli mübarizə tədbirləri öz nəticəsini verməkdədir.

Unikal.org xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov bu gün Operativ Qərərgahın brifinqində deyib.

Ş.Mövsümov bildirib ki, 14 dekabrda tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib. Yoluxma faizi 31 faizdən 5 faizə düşüb