İranda ötən sutka ərzində 96 nəfər koronavirusdan (COVID 19) ölüb.

Unikal.org xəbər verir ki, bununla da qonşu ölkədə bu virusdan ölənlərin sayı 56 719 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 6 100 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 324 395 nəfərə çatıb. Virus daşıyıcılarından 4 393 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 1 113 224 nəfər koronavirusdan sağalıb. İndiyədək 8,47 milyondan çox diaqnoz testi həyata keçirilib.