Gəncədə azyazşlı qız dəm qazından boğulub. 

Unikal.org xəbər verir ki, hadisə şəhərin “Sovxoz Nizami” adlanan ərazisində yerləşən yaşayış binasında baş verib. 

2006-cı il təvəllüdlü C.S yaşadığı evdə dəm qazından boğulmuş vəziyyətdə tapılıb. 

Azyaşlı yaxınlarının köməkliyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin müdaxiləsi ilə qızın həyatını xilas etmək mümkün olub.

Hazırda onun vəziyyəti orta-ağırdır.