Bu gün əsən güclü külək Cəlilabad rayonunda bir sıra fəsadlara səbəb olub.

Unikal.org report-a istinadən xəbər verir ki, Cəlilabad şəhərində Rauf İsayevə məxsus talvarın örtüyü uçub. Eyni zamanda onun həyətinin divarlarının da bir hissəsi uçub.

Rayonun Ocaqlı kəndində bir neçə sakinə məxsus istixanaya ziyan dəyib. Külək istixanaların örtüklərini sıradan çıxarıb.

Təbii hadisə nəticəsində rayonun bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Xoşbəxtlikdən güclü külək nəticəsində hər hansı bədbəxt hadisə baş verməyib.