Rusiyada son sutka ərzində koronavirusa 23 586 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 568 209 nəfərə çatıb.

Rusiyada son bir gündə 481 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 65 566 nəfərdir. İndiyədək 2 960 431 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.