Türkiyə Super Liqasında XIX turun mərkəzi görüşü "Beşiktaş" və "Qalatasaray" komandaları arasında keçirilib.

Unikal.org  xəbər verir ki, "Vodafone Park"da təşkil olunmuş İstanbul derbisi meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Xosef Souza 79-cu, Jorj-Kevin Nkudu 90+1-ci dəqiqədə vurub. Qonaqlar 59-cu dəqiqədə Mbaye Dianın qırmızı vərəqə alması səbəbindən oyunu azlıqda başa vurub.