Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 95 milyon 162 min 661 nəfərə çatıb.

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, pandemiya qurbanlarının ümumi sayı 2 milyon 34 min 480 nəfərdir.

İndiyədək 67 milyon 937 min 205 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Hazırda 113 min 415 pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

COVID-19 virusuna ən çox yoluxma və ölüm halları ABŞ, Hindistan, Braziliya, Rusiya və Böyük Britaniyada aşkarlanıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.