"Kuril məsələsinin həlli zəruridir".

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Yaponiyanın baş naziri Yosihide Suqa bildirib. O qeyd edib ki, Yaponiyanın Rusiya ilə münasibətlərdə Kuril adalarının cənub hissəsi ilə bağlı məsələnin yekun həlli zərurətdir.

Baş nazir həmçinin söyləyib ki, Rusiya ilə münasibətlərdə sələfi Şinzo Abenin kursunu davam etdirəcək.