ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Baydenin administrasiyasında erməni əsilli Ceff Marutyan da təmsil olunacaq.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hazırda o, Kolumbiya dairəsində Nəqliyyat departamentinin rəhbəri vəzifəsində çalışır.

Marutyan İqlim və Elm Agentliyində prezidentin xüsusi köməkçisi olacaq. Daha əvvəl Marutyan Baydenin keçid komandasında fəaliyyət göstərib. Barak Obama administrasiyasında isə Nəqliyyat Nazirliyində işləyib.

Xatırladaq ki, bundan öncə Ayk Hacınazaryan da Ağ Evin regional rabitə şöbəsinin müdiri təyin edilib.