Cənubi Koreyanın prezidenti Mun Çje İn Bayden administrasiyasına tövsiyələr verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, M.Ç.İn Baydenə Trampın səhvlərini təkrar etməməyi məsləhət görüb.

O qeyd edib ki, yeni seçilmiş ABŞ prezidenti Co Bayden Trampın Şimali Koreya ilə münasibətlərdə yaşadığı diplomatik uğursuzluqları yaşamaq istəmirsə, onun səhvlərini təkrarlamamalıdır. Cənubi Koreya prezidenti Şimali Koreyanın nüvə silahı əldə etmək məsələsini xüsusi vurğulayıb.