Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ömər Əlibəyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Unikal.org xəbər verir ki, Balakən Rayon Məhkəməsinə göndərilən cinayət işi hakim Zamin Tahirovun icraatına verilib.

Qeyd edək ki, bu ilin avqust ayında Balakən-Qabaqçöl avtomobil yolunun Talalar kəndi ərazisindən keçən hissəsində 60 yaşlı İbrahim Mehdiyevin idarə etdiyi minik maşını ilə rayon sakini, 26 yaşlı Ömər Əlibəyevin idarə etdiyi nəqliyyat vasitəsi toqquşub. 

Qəza zamanı “VAZ 21099” markalı avtomobildə olan sərnişin - rayonun Xalatala kənd sakini, 71 yaşlı Həvva Məmmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Sürücü İ.Mehdiyev və digər sərnişinlər, qəza zamanı ölən H.Məmmədovanın qızları - 37 yaşlı Xanım Məmmədova və 49 yaşlı Mehriban Burbaşova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Famil Fərhadoğlu