İşğaldan azad edilən şəhər və rayonlara marşrutların açılması üzrə pasportlar hazırlanaraq, daşıyıcıların müəyyən edilməsi üçün qanunauyğun müsabiqələrin keçirilməsinə dair hazırlıq işlərinin təşkil edilməsi ilə bağlı müvafiq əmr artıq hazırlanıb.

Unikal.org  xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin illik hesabatında qeyd olunub.

Bildirilib ki, 2020-ci ilin yanvar ayında işğal altından azad olunan Cocuq-Mərcanlıya ilk marşrut xəttinin açılışı təmin edilib:

“Azərbaycan tarixinin şanlı qələbəmiz ilə yekunlaşan 44 günlük Vətən müharibəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 6 əməkdaşı döyüşlərdə şücaət göstərib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC-nin hüquqşünası Anar Əhmədov ölkə başçısının sərəncamı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib”.