Amerika universitetlərindən birində təhsil xərclərinin yüksək olduğuna diqqət çəkmək üçün 2 min 600 diplom bir araya gətirilib.

Unikal.org xəbər verir ki, diplomlar 14 metr hündürlüyündə olan kompazisiya formasında hazırlanıb və "Da Vinci of Debt" adlandırılıb.

Pandemiyaya görə müəyyən məhdudiyyətlər tətbiq edilsə də, universitetə gələn ziyarətçilərin sayı artmaqda davam edir. Əsərin dəyərini 2 min 600 diplomun alınması üçün çəkilən xərclə müəyyən ediblər ki, bu da 470 milyon dollar təşkil edib. Bahalı əsər qiymətinə görə Leonardo da Vinçinin 450 milyon dollarlıq "Salvador Mundi" tablosunu geridə qoyub.