Dünyanın ən zəngin adlarından biri və koronavirus pandemiyası zamanı sərvətinə sərvət qatan Bill Qeyts bu dəfə aldığı torpaq sahələri ilə gündəmə gəlib.  

Unikal.org xəbər verir ki, "Microsoft"un qurucusu Bill Qeyts, ABŞ-da 242 min hektar (təxminən 979 min kvadrat kilometr) əkinçilik ərazisi satın alıb. Belə ki, Qeyts  ABŞ-da ən böyük xüsusi əkinçilik ərazisinə sahibi olub.

Amerika mətbuatı, Bill Qeyts Florida və Vaşinqton kimi yerlərdə kənd təsərrüfatı sahələri satın aldığına dair xəbərlərdən sonra onun 18 ştatı əhatə edən nəhəng bir əkin sahələri portfeli yaratdığını da qeyd edib.