İsraildə Daniel Asor adlı pravoslav ravvin koronavirus əleyhinə vaksin vurduran insanlara müraciət edib. 

Unikal.org xəbər verir ki, sosial mediada bununla  bağlı açıqlama verən,  ravvin insanları bu yoldan çəkindirməyə çalışıb. Vaksinin dünyanı yeni bir düzənə gətirmək üçün istifadə edildiyini qeyd edib.  

Həm də Daniel, vaksinin ən dəhşətli fəsadlarından birini açıqlayıb.  O, "Vaksin vurdursanız homoseksual olma ehtimalınız var",- deyə insanlara bildirib.  Ravvinin bu çıxışından sonra ölkədə insanlar arasında təşviş yaranıb.