Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov həbs edilməsi barədə mediada yayılan məlumata münasibət bildirib.

Unikal.org xəbər verir ki, Ə.Həsənov saxlanılması barədə deyilənləri yalan adlandırıb:

"Azərbaycan cəmiyyətini çaşdırmaq məqsədilə,  mütəmadi olaraq yalan xəbərlər uyduran və tirajlayan bir çox saytlarda-“çörəyi mənim haqqımda yalan yaymaqdan çıxan” digər yalan xəbər spekulyantlarının çamur guşəsində  “Əli Həsənov tutularaq Azərbaycana gətirildi”  başlıqlı növbəti yalan yayıblar. 
 
Məlumat verirəm ki, mən oktyabr ayının 1-dən Bakıdayam, ev şəraitində müalicə olunuram və yaradıcılıq  fəaliyyətimi də davam etdirirəm. Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar."