"Facebook" səhiyyə işçiləri üçün nəzərdə tutulan süni intellekt modellərini təqdim edəcək.

Unikal.org xəbər verir ki, şirkət koronavirus xəstələrini aşkarlamaq və bu prosesi izləmək üçün səhiyyə işçilərinə yönəlmiş alqoritmlər hazırlayıb. Sistem koronavirusa yoluxmuş xəstəsinin vəziyyətini təyin etməyə və rentgen şüalarındakı məlumatların müşahidəsinə kömək edəcək. Bu alqoritmlər sayəsində həkimlərin xəstələri təqib etməsi daha asan olacaq. Sistem xəstələrin oksigenə ehtiyac olub olmadığını müəyyənləşdirməyə kömək edəcək. Yeni alqoritm koronavirus xəstələrinin sağlamlığını 96 saat, 4 gün əvvəl təyin edə biləcək.