Bu gün səhər saatlarından etibarən Azərbaycan xalqı Şəhidlər xiyabanına üz tutaraq Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edirlər.

Unikal.org xəbər verir ki, ziyarətçilər tərəfindən şəhidlərin məzarı önünə gül dəstələri düzülüb, onların ruhuna dualar oxunub.

Foto: Müzəffər İsmayılov