Türkiyə Super Liqasının XXIV turunda "Fənərbağça" və "Qalatasaray" komandaları arasında keçiriləcək oyunun vaxtı açıqlanıb.

Unikal.org Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, İstanbul derbisi fevralın 6-da oynanılacaq.

"Şükrü Saracoğlu" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cari mövsümün ilk dövrəsində "Türk Telekom Arena"da baş tutmuş oyunda hesab açılmayıb.