Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 97 milyon 309 min 750 nəfərə çatıb.

Unikal.org  xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 83 min 326 nəfərdir. İndiyədək 69 milyon 850 min 852 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.