Bakı sakinində narkotik aşkarlanıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Adıgözəlov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin, “VAZ-2108” markalı avtomobilinə baxış zamanı isə 2 kq-dan artıq heroin və 3 kq-dan artıq marixuana aşkar edilərək götürülüb.