Bağdad şəhərində törədilən terror aktı nəticəsində ölən və yaralananların sayı artıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, terror aktı nəticəsində 28 nəfər ölüb, ən azı 73 nəfər yaralanıb. 

***

Bağdad şəhərində törədilən terror aktı nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

Unikal.org xəbər verir ki,  ilkin məlumata əsasən 13 nəfər ölüb, 19 nəfər yaralanıb. 

***

İraqın paytaxtı Bağdadın mərkəzində partlayış nəticəsində 8 nəfər ölüb, 15 nəfər yaralanıb.

Unikal.org xarici KİV-ə istinadən  xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik xidmətindən məlumat verilib.

"Əl-Bab əl-Şarki (Bağdadın mərkəzi - red.) bölgəsində kamikadze hücumu nəticəsində səkkiz nəfər ölüb, daha 15 nəfər yaralanıb”,- məlumatda deyilir.