Əfqanıstanda terror aktı törədilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Əfqanıstanın paytaxtı Kabil şəhərində baş verib. Hərbi avtomobilə silahlı hücum edilib. Hücum nəticəsində 2 əsgər həyatını itirib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Tariq Ariən terroru törədənlərin naməlum olduğunu söyləyib. Onlar hadisə yerindən qaçıb. Terror aktının məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.