20 Oktyabr 2019
19 Oktyabr 2019
Mehriban Əliyeva birinci oldu
Mehriban Əliyeva birinci oldu CƏMİYYƏT 13:10 2013-01-16

Mehriban Əliyeva birinci oldu
Mehriban Əliyeva birinci oldu
Milli Məclisin fəal deputatlarının adları açıqlandı

Parlament Jurnalistləri Birliyi (PJB) dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2012-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında sorğu keçirib.
PJB sədri Elşad Eyvazlının verdiyi məlumata görə sorğuda ümumilikdə 45 jurnalist iştirak edib. Sorğunun nəticələrinə əsasən dörd nominasiya üzrə qaliblər müəyyən edilib. Ümumilikdə, 15 deputat ilin ən fəal deputatları olublar.
“İlin fəal millət vəkili” nominasiyasının qalibləri Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Vahid Əhmədov, Fazil Mustafa, Sabir Rüstəmxanlı, İqbal Ağazadə və Zahid Oruc olub.
Bu nominasiyanın qalibləri Milli Məclisinin 2012-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.
“Seçici hüquqlarını müdafiə edən fəal millət vəkili” nominasiyasının qalibi isə Mehriban Əliyeva olub.
Bu nominasiyanın qalibi Milli Məclisinin 2012-ci ildəki fəaliyyəti dövründə seçki dairələrində seçici hüquqlarını müdafiə etdiyinə görə müəyyən edilib.
“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən fəal millət vəkili” nominasiyasının qalibləri Bahar Muradova, Məlahət İbrahimqızı, Qənirə Paşayeva, Azay Quliyev və Fuad Muradovdur.
Bu nominasiyanın qalibləri Milli Məclisinin 2012-ci ildəki fəaliyyəti dövründə Azərbaycanı beynəlxalq təşkilatlarda (Avropa Şurası Parlament Assambleyası, NATO Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, Avronest və s.) fəal təmsil etdiklərinə görə müəyyən ediliblər.
“Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal millət vəkili” nominasiyasının qalib isə Əli Məsimlidir.
Bu nominasiyanın qalibi Milli Məslisin 2012-ci ildəki fəaliyyəti dövründə qanunvericilik təşəbbüsü ilə çıxış etdiyinə görə müəyyən edilib.
Parlament Jurnalistləri Birliyinin dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğu nəticəsində parlamentin 2012-ci ildəki ümumi fəaliyyətinə və qurumun mətbuat xidmətinin fəaliyyətinə də qiymət verilib.
“Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci ildəki ümumi fəaliyyətini necə qiymətləndirirsiniz” sualına cavab verən parlament jurnalistlərinin 41 faizi “qənaətbəxş”, 33 faizi “qeyri-qənaətbəxş”, 26 faizi isə “cavab verməkdə çətinlik çəkirəm” cavabını veriblər.
“Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci ildəki fəaliyyəti dövründə qurumun mətbuat xidmətinin fəaliyyətini necə qiymətləndirirsiniz” sualına cavab verən sorğu iştirakçılarının 48 faizi “qənaətbəxş”, 21 faizi “qeyri-qənaətbəxş”, 31 faizi isə “cavab verməkdə çətinlik çəkirəm” cavabını veriblər.