Etirazçılar Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında aksiya keçirib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, müharibə iştirakçısı olan aksiyaçılar onlara verilməsi nəzərdə tutulan pul vəsaitinin ödənilmədiyindən şikayət ediblər. Etirazçılar müdafiə naziri ilə görüş tələb ediblər.

Fəallardan biri David Hovanisyan müxtəlif strukturlara üz tutduğunu söyləyib. Müdafiə Nazirliyindən Hovanisyana problemin sənədlərdə olduğunu söyləyiblər. Pulun keçən bazar ertəsi günündən etibarən köçürüləcəyinə söz verilib, amma ödəniş hələ də həyata keçirilməyib. Erməni hərbçi eyni vəziyyətdə təxminən 2700 nəfərin də olduğunu bildirib.

Aksiyanın dağıdıldığı deyilir, həbs olunanlar barədə məlumat verilməyib.