“Qış təlimi-2021”ə hazırlığımız davam edir.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, təlimdə iştirak edəcək zirehli nəqliyyat vasitələri, tanklar əraziyə gətirilib.

Qeyd edək ki, Türkiyənin Qars şəhərində keçiriləcək “Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edir.