Gürcüstanda ötən sutkada koronavirusa 998 yeni yoluxma halı təsdiqlənib, 1 892 nəfər müalicə olunaraq sağalıb, 16 pasiyent isə vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 252 972 nəfər yoluxub ki, onların da 240 629-u sağalıb, 3 038-si isə ölüb.