Düşmən tərəfi daha 72 itkisini açıqlayıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, yeni siyahı yayımlanıb. Siyahıda 72 erməni hərbi qulluqçusunun adı yer alıb. Bu siyahını qondarma rejimin nümayəndələrinin yaydığı bildirilib.

Müharibədə ölən erməni hərbçilərinin bu siyahısında 2000-2002-ci il təvəllüdlü şəxslər üstünlük təşkil edib.