Şərqi Afrikada yerləşən Somalidə terror aktı törədilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxt Moqadişo şəhərində baş verib.Belə ki, keçmiş deputat olan Hasan Afrahın avtomobilinə bomba yerləşdirilib.

Avtomobil hərəkətdə olarkən bomba partladılıb. Nəticədə 5 nəfər həlak olub. Keçmiş deputat daxil olmaqla, 3 nəfər isə sağ qurtulmağı bacarıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisəni törədənlər məum deyil. Hazırda araşdırmalar başladılıb və tədbirlər davam etdirilir. İstintaq aparılır.