Qətərdə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 251 yoluxma halı qeydə alınıb.

Unikal.org "Sonxua"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, Qətərdə koronavirusa yoluxanların ümumi sayı 148 772 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək ölkədə koronavirusa yoluxanlardan 144 740 nəfəri sağalıb, 248 nəfəri isə vəfat edib.