Azərbaycan kubokunda 2020/21 mövsümünə start verilir.

Unikal.org xəbər verir ki, turnirin açılış oyunu Bakıda keçiriləcək.

“Səbail” klubu “ASCO Arena”da birinci divizion komandası “Zaqatala”nı sınağa çəkəcək. Premyer Liqada autsayderlər mövqeyində qərarlaşan “Səbail” aşağı dəstə təmsilçisi önündə favoritdir.

Cütün qalibi növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq.

Qeyd edək ki, 1/8 finalın digər 3 oyunu (14:00. “Turan Tovuz” – “Qəbələ”, 16:00. “Qaradağ Lökbatan” – “Zirə”, 17:00. “Sabah” – “Kəpəz”) yanvarın 25-də keçiriləcək.