Gürcüstanda son sutka ərzində 546 nəfər koronavirusa yoluxub, 17 pasiyent vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

Ölkə üzrə ümumi yoluxma sayı 253 518-ə çatıb. İndiyədək 242 085 xəstə sağalıb, 3055 nəfər dünyasını dəyişib.

Hazırda karantində 511, stasionar nəzarətdə isə 3272 nəfər saxlanılır.