Almaniyada koronavirusa qarşı peyvənd vurdurmaq istəməyən bir neçə nəfər işdən çıxarılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, tibb bacısı xidməti mərkəzinin rəhbəri Rene Villmer həyat yoldaşı ilə birlikdə koronavirusa qarşı peyvənd vurdurub və öz əməkdaşlarını da buna əməl etməyə çağırıb. Villmer onlara qərar vermələri üçün iki gün vaxt verib.

Müddət bitdikdən sonra əməkdaşlar müsbət cavab verməyib və nəticədə işdən çıxarılıblar.