Qərbi Kaspi Universitetinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə 23 və 24 yanvar tarixlərində 800-dən çox müəllimin iştirakı ilə Tarix Müəllimlərinin Onlayn Forumu keçirildi.

Unikal.org xəbər verir ki, Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov rekonstruksiya olunmuş tarixin işlənməsi və tədrisinin vacibliyini qeyd etdi və bu cür forumların sahənin inkişafına əhəmiyyətli təsir göstərə biləcəyini bildirdi.
Forumda Qərbi Kaspi Universiteti, eləcə də digər ali və orta məktəb müəllimlərinin, tədqiqat mərkəzlərinin tədqiqatçılarının çıxışları dinlənildi.

Paytaxt və müxtəlif bölgələrdən qoşulan tarix müəllimlərinin müzakirələrində tarixin tədqiqi və tədrisi prosesində yeni yanaşmalar, xüsüsilə STEAM (STEM) metodunun bu sahədə tətbiqinin üstünlükləri, ali və orta məktəblərdə təhsil alan gənclərin şəxsiyyət kimi formalaşması və milli-mənəvi dəyərlərə sahib vətənpərvərlik ruhunda tərbiyə olunmasında həqiqi (rekonstruksiya olunmuş) tarixin rolunun müəyyən edilməsi məsələləri nəzərdən keçirildi.