Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 2500 m² olan sellofan istehsalı sexinin yanar konstruksiyaları 130 m² sahədə və orada olan 4 ədəd dəzgah yanıb.

Unikal.org  FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın söndürülüb.