Afrika ölkəsi olan Keniya ordusu üçün Türkiyədən 118 sayda zirehli maşın alacaq.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu avtomobillər şəxsi heyət üçün nəzərdə tutulub. Bu barədə Keniya müdafiə qüvvələrinin mətbuat xidmətinin rəhbəri Zipporah Kioko məlumat verib.

Bunun üçün ümumilikdə 7,7 milyard Keniya şillinqi (518 milyon lirə) həcmində vəsait nəzərdə tutulduğu bildirilir. Bu zirehli maşınlar qabaqcıl texnologiyalarla təchiz edilməsi ilə seçilir.